“Azərbaycan Milli Elmlər Akademiyası Xəbərləri (İctimai Elmlər Seriyası)” adlı məqalələr toplusunın növbəti buraxılışı işıq üzü görüb.
Akademik Nailə Vəlixanlının baş redaktorluğu ilə nəşr olunan bu kitab tarix, arxeologiya, etnoqrafiya, fəlsəfə və dinşünaslıq sahələrini əhatə edir. Burada mütəxəssis, tədqiqatçı-alimlərin elmi məqalələri dərc olunmuşdur. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşlarının da məqalələri burada yer almışdır. Fərhad Cabbarovun “1905-ci ilin avqustunda Bakıda erməni terroru (Bakı polismeysterinə məxsus iki raportun əsasında)” (Армянский террор в Баку в августе 1905 г. (на основе двух рапортов бакинского полицмейстера)), Əli Fərhadovun “Əhli-həqq və Ya Əli-İlahilikdə Əli məfhumu (Rusiya şərqşünaslarının əsərləri əsasında) və Aidə İsmayılovanın “Orta əsr Beyləqan şəhərinin kaşı nümunələri haqqında (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məqalələri oxuculara təqdim olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.