XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyun, 2015
Muzeyin əməkdaşı TUMİB-də birinci Avropa Oyunlarına və dini maarifçiliyə həsr olunmuş tədbirdə iştirak edib

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakı şəhərində “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” adlı layihə çərçivəsində birinci Avropa Oyunlarına və dini maarifçiliyə həsr olunmuş dini maarifçilik mövzusunda tədbir keçirib.


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan TUMİB sədri Çingiz Bayramov ölkəmizdə din-dövlət münasibətlərinin ictimai, hüquqi əsasları haqqında məlumat verib, Bakıda keçirilən birinci Avropa Oyunlarının Azərbaycandakı tolerantlıq siyasətinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri, layihənin eksperti Əli Fərhadov isə Azərbaycandakı multikulturalizm, azərbaycançılıq və dini dözümlülük siyasəti, müxtəlif din və məzhəb mənsubları arasında qardaşlıq prinsiplərinin dini əsasları haqqında məruzə ilə çıxış edib.
Daha sonra, tədbir iştirakçıları birinci Avropa Oyunları çərçivəsində ölkəmizə 49 Avropa ölkəsindən 6 mindən çox idmançı və çoxlu sayda turistlərin gəldiyini bildirib, xarici qonaqların ölkəmiz haqqında müsbət fikirlərə sahib olduqlarını, paytaxtdakı mədəniyyət ocaqlarında incəsənət və musiqimizlə yaxından tanış olduqlarını qeyd ediblər.