Muzeyin elmi fəaliyyət planına əsasən Arxeologiya fondunda cari ilin sanitar təmizləmə işləri uğurla davam etdirilir.
Belə ki, yay mövsümünün başlaması ilə əlaqədar Arxeologiya elmi fond şöbəsinin əməkdaşları Mingəçevirdən arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş iri tutumlu məişət və təsərrüfat qablarının yuyulması işlərini yerinə yetirmişlər. Sanitar təmizləmə işlərinə ümumilikdə 169 ədəd saxsı qab cəlb olunmuşdu. Qablar küplərdən, bardaqlardan və nehrələrdən ibarətdir. Bu işlər çərçivəsində həmçinin qabların saxlandıqları məkanlar da təmizlənmişlər. Bundan əlavə iş prosesində üzə çıxan texniki nöqsanlar da aradan qaldırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.