XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyun, 2015
Etnoqrafiya fondunda cari profilaktik tədbirlər həyata keçirilir


Milli Azərbaycan Tarixi Muzeyində saxlanan ən nəfis, orijinal və nadir eksponatların böyük bir qismi Etnoqrafiya elmi fond şöbəsinin fondunda mühafizə olunur.


 
Fondun kolleksiyasının bir qismini Azərbaycan xalqının həyat tərzi və məişəti ilə sırf bağlı olan, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərinə məxsus xalça və xalça məmulatları təşkil edir.
Muzeyin Etnoqrafiya fondunda cari profilaktik tədbirlər həyata keçirilir. Bu məqsədlə xalçalar Elmi Bərpa laboratoriyasında yuyulduqdan sonra bez parçaya bükülür və rəflərdə yerləşdirilir.
Fondun müdiri G.Abdulova qeyd edir ki, bərpaya ehtiyacı olan digər eksponatlar (çarıqlar, çəkmələr və b.) seçilərək bərpa və konservasiya məqsədilə Bərpa laboratoriyasına təhvil verilmişdir.