XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 İyul, 2015
Muzeydə görkəmli bəstəkar Ü.Hacıbəyliyə məxsus material

     Hədiyyələr və Xatirə əşyaları fondunda qorunub saxlanılan Azərb.SSR xalq artisti İsmayıl Hidayətzadənin materialları içərisində Üzeyir Hacıbəylinin “Aşıqsayağı” əsərinin notları bərpa edilmişdir.


1937-ci ildə Bakıda nəşr edilmiş 5 not vərəqindən ibarət notlar vaxtilə bəstəkar tərəfindən 1937-ci il aprelin 28-də onun “Koroğlu” operasını tamaşaya qoymuş İ.Hidayətzadəyə xatirə olaraq verilmişdir. Notlar kitabının I səhifəsinin sol küncündə Ü.Hacıbəylinin latın əlifbası ilə yazılmış avtoqrafı vardır: “Koroğlu” operasının müqtədir rejissoru və sovet səhnəsinin qəlbi yaradıcılıq atəşi ilə dolu olan qızğın xadimi İ.Hidayətzadəyə bir yadigar. Ü.Hacıbəyli   8.XII-37
Muzeyə verilərkən çox köhnə və cırıq vəziyyətdə olan notlar Muzeyin bərpa laboratoriyasının bərpaçı rəssamı Ağayeva Firuzə tərəfindən nəfis şəkildə bərpa edilmiş və yenidən fondda öz yerini tapmışdır.
Notlar Muzeyə İsmayıl Hidayətzadənin həyat yoldaşı Sultan xanım Məmməd qızı Atakişiyeva tərəfindən hədiyyə kimi verilmişdir.