Muzeyin əməkdaşı Əli Fərhadovun “Qarabağda erməni missionerliyi tarixindən” adlı məqaləsi Qarabağ Azadlıq Təkilatının təşəbbüsü ilə nəşr olunmuş “Qarabağ dünən, bu gün və sabah” 14-cü elmi-əməli konfransının materialları toplusu”nda dərc edilmişdir.
Məqalədə erməni katalikoslarının Qafqaz Albaniyasını, o cümlədən Qarabağı öz tabeliyinə keçirmə cəhdlərindən və əhalinin erməniləşməyə, qriqoryanlaşmağa məcbur edilməsindən bəhs edilir. Burada müəllif tərəfindən erkən orta əsərlərdən etibarən Qarabağın xristian alban əhalinin qriqoryanlaşması, erməniləşdirilməsi prosesi, erməni hərfləri ilə yazılmış orta əsr azərbaycan dilli əlyazmalar ətraflı şəkildə araşdırılmışdır.
Məqalənin tam mətni ilə Muzey KİV-də tanış ola bilərsiniz.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.