"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərində "Milli mətbuatımız-140" adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə çıxış edən MATM əməkdaşı Əli Fərhadov "Milli mətbuatımızın 140 illiyi ərəfəsində Həsən bəy Zərdabini düşünərkən" adlı məruzə ilə çıxış edib. Tədbirdə "Müvəkkil Hüquq Mərkəzi"nin sədri Səməd Vəkilov, TUMİB sədri Çingiz Bayramov, Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova da çıxış etmiş, Azərbaycan Respublikasında söz və mətbuat azadlığından, prezident İlham Əliyevin son sərəncamlarında jurnalistlərə verdiyi mükafat və qayğısından bəhs etmişlərdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.