Rusiya muzeylarində və arxivlərində aparılan tədqiqatlar nəticəsində Azərbaycanın dövlətçilik tarixinə aid yeni materiallar aşkar edilib.
Rusiya Federasiyasında Sankt-Peterburq şəhərində cari ilin 10 may tarixindən 31 may tarixinədək davam edən elmi ezamiyyət səmərəli nəticə verib. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayrağşunaslıq və geraldika üzrə mütəxəssis, t.ü.f.d. Pərvin Gözəlov Rusiya muzeylərində arxivlərində indiyədək məlum olmayan bəzi faktlar aşkarlayıb. Bunların içərisində Naxçıvan xanlığının bayraqları böyük maraq kəsb edir. Sankt-Peterburqdakı Dövlət Ermitajı Muzeyinin bayraq fondunda saxlanılan 1-ci bayraq, 1812-ci ildə baş vermiş Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilib. Həmin döyüşlər zamanı isə qənimət kimi götürülərək Rusiyaya gətirilib. Naxçıvanın ikinci dövlət bayrağı 26 iyun 1827-ci ildə xanlığın işğalı zamanı qənimət kimi götürülüb. Pərvin Gözəlov-bayraqşunaslıq və geraldika üzrə mütəxəssis: Bayrağın üzərindəki rəmzləri təhlil edərkən məlum olur ki, bizim müassir bayrağımızın üzərində olan rəmzlərdən həmin bayraqda da istifadə olunub. Bu çox maraqlı faktdır. Çünki, bu günə kimi biz hesab edirdik ki, bayraq üzərində olan aypara və ulduz 18-ci ildə ilk dəfə istifadə olunub. Bu bayrağın tapılması isə elmə yenilik gətirir və sübut edir ki, bu rəzmlər 1918-ci ildən əvvəldə istifadə olunub. Bayraq ipək parçadan tikilib və qızılı saplarla işlənib. Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyindən əldə olunan bayraqda Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Üzərində əks olunmuş səkkiz güşəli ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. İndiyədək nəinki Azərbaycan xanlıqlarının bayraqlarında, 18-19-cu əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib. Peterburq Artilleriya və hərb tarixi muzeyinin arxivlərindən Azərbaycan tarixinə dair başqa faktlar da üzə çıxıb. Pərvin Gözəlov- bayrağşunaslıq və geraldika üzrə mütəxəssis: Materiallar arasında Dərbən qalasının gümüş açarı akar olunub. Şamaxı qalasının açarları aşkar olunaraq fotoşəkilləri aşkar olunarq gətirilib. Bu da bizim dövlətçilik tariximizin araşdırılmaına böyük töhvələr verəcək. Dünya muzeylərində elmi tədqiqatların aparılmasi Dövlət Başçısı İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxiş” inkişaf konsepsiyasında da öz əksini tapıb.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.