XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 İyul, 2015
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II dünya müharibəsi illərində (faşizm üzərində qələbənin 70 illiyinə həsr olunur)” adlı sərgi maraqla izlənilir

Muzeydə mayin 5-də açılışı olan “Azərbaycan II dünya müharibəsi illərində (faşizm üzərində qələbənin 70 illiyinə həsr olunur)” adlı sərgi davam edir.


Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan sərgi ziyarətçilərin böyük marağına səbəb olur. Gün ərzində sərgini yerli vətəndaşlar, xarici qonaqlar, hərbiçilər, kursantlar, Müdafiə Nazirliyinin, FHN-nin, DİN-nin və digər hərbi, mülki müdafiə oqranlarının əməkdaşları ziyarət edirlər.
Sərginin açılışından bu vaxtadək sərgini 1700-ə yaxın tamaşaçı ziyarət edib.
Qeyd edək ki, sərgi 2015-ci il oktyabrın 5-dək  fəaliyyət göstərəcəkdir.