XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyul, 2015
Muzeydə elmi əməkdaşın dissertasiya işinin müzakirəsi keçirildi

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, dissertant Səidə Həmzəbəyovanın “Azərbaycan tarixi orta əsrlərdə ingilis şərqşünaslığında (V.F.Minorskinin işlərinə əsasən)” adlı disssertasiya işinin ikinci müzakirəsi keçirildi.


      Tədbirdə Muzeyin elmi işlər üzrə direktor müavini tar.e.d. Nərgiz xanım Əliyeva,  Azərbaycan tarixinin elmi ekspozisiya şöbəsinin müdiri t.ü.f.d Zərifə Dulayeva, Numizmatika şöbəsinin müdiri tar.e.d. Əli Rəcəbli, Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri t.ü.f.d. Səbuhi Əhmədov, Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini t.ü.f.d Həbibə Əliyeva və digər elmi əməkdaşlar iştirak ediblər.

      İclasın  sədri t.ü.f.d Zərifə Dulayeva mövzuyla bağlı çıxış edərək, tədbiri açıq elan etdi. Direktor müavini t.e.d. Nərgiz Əliyeva dissertant və onun işi haqqında məlumatı iclas iştirakçılarının nəzərinə çatdırdı.

    İddiaçı Səidə Həmzəbəyova dissertasiya işi haqqında qısa məlumatı iclas iştirakçılarına təqdim etdi. Çıxışdan sonra ixtisasçı mütəxəsislər tərəfindən müzakirələr başlandı. İddiaçı verilən hər bir suala səlim, hərtərəfli cavab verərək, elmi işini pratiki olaraq tam mənimsədiyini sübut etdi. Tədbir iştirakçıları mövzunun aktuallığından, dissertant tərəfindən tədqiqatın yüksək səviyyədə aparılmasından danışdılar və S.Həmzəbəyova mövzu ilə bağlı öz iradlarını bildirib məsləhət verdilər.
Sonda   dissertant Səidə Həmzəbəyovanın “Azərbaycan tarixi orta əsrlərdə ingilis şərqşünaslığında (V.F.Minorskinin işlərinə əsasən)” adlı disssertasiya işinin Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Atesstasiya Komissiyasının tələblərinə uyğun olduğu  yekdilliklə qəbul edildi.