XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Sentyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək

photo16-18 sentyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Milli Azərbaycan Tarixi Muzeyinin də iştirakı gözlənilir.


IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan elmi və elmi - populyar kitabların, muzeyin eksponatları və kolleksiyalarına həsr olunmuş kataloqları, bukletləri, məqalə topluları, jurnallarının nümayişi və satışı təşkil olunacaq.

Sərgi Bakı İdman Sarayında keçiriləcək.