Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə fərdi iş planına və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının müvafiq sərəncamına uyğun olaraq 2015-ci il iyulun 1-dən 20-dək Ağdam rayonunda elmi ezamiyyətdə olub.
Ezamiyyət müddətində N.Quluzadə ilk olaraq AMEA Arxeologiya və Etnoqrafiya istitutunun “Qarabağ neolit-eneolit dövrü arxeoloji ekspedisiyası”na qoşulmuş və onun tərkibində Ağdam, Ağcabədi və Bərdə rayonlarına təşkil olunmuş kəşfiyyat-axtarış səfərlərində iştirak etmişdir. O, bu səfərlər çərçivəsində Seyidalıtəpə, Tikanlıtəpə (Xəliltəpə), Hüsülütəpə, Cüttəpə, Qanqallıtəpə, İsgəndərtəpə, Tısbağatəpə, Həmşərlilər, Köyük, Qaraştəpə, Çayırtəpə, Kənkantəpə (kurqan), Zahidtəpə, Nəsibtəpə və d. qədim yaşayış məskənlərinin qeydiyyata alınmasında, elektron xəritələşdirilməsində, eləcə də onlardan yerüstü materialların – saxsı qab və daş alət hissələrinin toplanılmasında fəal iştirak etmişdi. N.Quluzadə həmçinin Muzey fondunun zənginləşdirilməsi məqsədi ilə yerli sakinlərdən təsadüfi tapılmış təsərrüfat küpü və dolça təhvil almışdır.
Ezamiyyət müddətinin ikinci mərhələsində isə N.Quluzadə “Qarabağ neolit-eneolit dövrü arxeoloji ekspedisiyası”nın Ağdam rayonu ərazisindəki İsmayılbəytəpə abidəsində aparılan arxeoloji qazıntılarda da iştirak etmişdir. E.ə. VI minilliyə aid həmin qədim yaşayış məskəninin tədqiqi zamanı, N.Quluzadə bir sıra maraqlı və elmi əhəmiyyət kəsb edən arxeoloji tapıntılarla tanış olmuşdu. Ezamiyyət uğurla başa çatdırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.