Milli Azərbaycan Tarixi Muzeyinin Elmi maarifləndirmə planına uyğun olaraq hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər aparılır. Bunula əlaqədar mütəmadi olaraq respublikanın güc strukturlarının nümayəndələrinin muzeyə ziyarəti təşkil olunur.
2015-ci il sentyabr ayının 11 –də Dövlət Xüsusi Mühafizə Xidmətinin hərbi qulluqçuları muzeyi ziyarət etmişlər. Ekskursiyaçı Günay Gülməhəmmədova hərbi qulluqçulara tariximizin müxtəlif dövrləri barədə ətraflı məlumat vermiş,onları maraqlandıran sualları cavablandırmışdır. Qonaqlar muzeyin daimi ekspozisiyası, H.Z.Tağıyevin ev-muzeyi, eləcə də muzeydə fəaliyyət göstərən “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ilə tanış oldular.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.