“İrs- Наследие” beynəlxalq jurnalın rus dilindəki növbəti buraxılışında №4 (76), 2015 Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalovanın “İkinci dünya müharibəsi illərində Azərbaycan diviziyaları” və muzeyin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovun ınadlı “Bakının neft amili 1918-ci il Qafqazdakı hərbi-siyası hadisələrdə ” adlı məqalələri dərc olunmuşdur.
Birinci məqalədə İkinci dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlanır. M.Zeynalova məqalədə müharibə dövründə Qızıl Ordunun tərkibində olan Azərbaycanda diviziyaları haqqında ətraflı məlumat vermişdir.
1918 ci ilin may ayında Azərbaycan öz müstəqilliyini bəyan etdi və bu Rusiya, Almaniya və Antanta dövlərtləri arasında neft uğrunda mübarizədə müxtəlif cətinliklər yaratdı . İstər sovet Rusiyası, istərsə də “vahid və bölünməz Rusiya” tərəfdarı olan bütün siyasi qüvvələr zəngin neft mənbəyi olan Bakını əldən vermək istəmirdilər. F.Cabbarovun məqaləsində 1918-ci ildə Qafqazda cərəyan edən hadisələrdə Bakının neft amili rolu barəsində məlumat verilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.