XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Sentyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında öz nəşrləri ilə iştirak edir

photoSentyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.


Milli Azərbaycan Tarixi Muzeyi kitabsevərlərə Muzeyin nəşrləri olan kataloqlar, monoqrafiyalar, məqalələr topluları, bukletlər, broşürları təqdim edir.

Xatırladaq ki, sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub.

Sərgi sentyabrın 18-dək davam edəcək.

photo photo photo photo photo photo