XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Sentyabr, 2015
H.Z.Tağıyevin ev-muzeyinin pərdələri konservasiya olunmuşdur

photoMilli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasında görkəmli milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin XIX əsrə aid pərdələri üzərində konservasiya işləri görülmüşdür.


İnsan əli dəymədən mürəkkəb konservasiya işlərinin aparılması Elmin İnkişafı Fondunun dəstəyi ilə əldə olunmuş ən müasir avadanlığı tətbiq etməklə mümkün olmuşdur. Qiymətli eksponatın üzərindəki konservasiya işləri laboratoriya müdiri T.Zəvərlinin nəzarəti altında bərpaçı-rəssam İlhamə Rəhimova tərəfindən icra olunmuşdur.

photo photo