Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyevanın "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər)" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.
Kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövriyyəyə çıxarılmış XI-XIII əsr ərəbdilli müəlliflərdən İbn Makula, əs-Siləfi, İbn Nöqtə, İbn əs-Sabunin məlumatı əsasında Azərbaycanın elmi-mədəni mühiti tədqiq edilir. Nəşrin elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, redaktoru Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.