XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Sentyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının fəal iştirakçısı kimi diploma laiq görülüb

photoSentyabrın 16-18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Milli Azərbaycan Tarixi Muzeyinin güşəsi oxucuların marağına səbəb olmuşdur.


Sərgi- yarmarkada təqdim olunan Muzeyin nəşrləri - kataloqlar, monoqrafiyalar, məqalələr topluları, bukletlər, broşürları həm alimlər, həm də Azərbaycanın tarixi və mədəniyyəti ilə maraqlanan şəxslər tərəfindən alınmışdır.

Milli Azərbaycan Tarixi Muzeyi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının fəal iştirakçısı kimi diploma laiq görüldü.

photo photo photo photo