Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Azərbaycanın görkəmli şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvaba (1833-1918) aid materiallar yerləşdirilimişdir.
Belə ki, Mir Möhsün Nəvvaba aid materiallar daimi ekspozisiyanın “XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət” zalında ayrıca vitrində yerləşdirilmişdir. Burada həm mətn, həm də rəsmlərinin müəllifi M.M. Nəvvab olan “Kitabi divani farisi” əsərinin, eləcə də “Kəşfül-həqiqəti-məsnəvi” əsərinin orijinalları qoyulmuşdur. Qeyd etmək lazımdır ki, musiqi nəzəriyyəsinə həsr edilmiş “Kəşfül-həqiqəti-məsnəvi” əsəri Mir Möhsün Nəvvabın ən tanınmış əsərlərindəndir; Nəvvab bu əsərin də həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində həmçinin M.Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur.
Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan XVI-XVII əsrlərə aid dəbiqlə nümayiş olunur.
Vitrində Mir Möhsün Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilmişdir. Xatırladaq ki, Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə qoyulub (heykəltəraş Tokay Məmmədov). 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.