XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Sentyabr, 2015
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Sankt-Peterburq şəhərində I Avrasiya Qadınlar Forumunda iştirak etmişdir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı Sankt-Peterburq şəhərində Avrasiya Qadınlar  Forumunda iştirak etmişdir.


I Avrasiya Qadınlar Forumu II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuşdur. Tədbirdə Avrasiya ölkələri arasında sosial təhlükəsizlik, dayanıqlı və davamlı inkişaf üçün beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Burada müxtəlif ölkələrin səlahiyyətli qadın nümayəndələri qadınların iqtisadi şəraitdə, siyasətdə, cəmiyyətə sosial inteqrasiyada böyük rolu və əhəmiyyəti ilə bağlı çıxışlar etmişlər. MDB ölkələrinin Beynəlxalq Parlamentlər Assambleyasının  nümayəndələri mövzu ilə bağlı öz çıxışlarında  beynəlxalq aləmdə qadınların kişilərlə bərabər sosial-siyasi cəhətdən eyni hüquqa  malik olmalarını və  onların sosial-iqtisadi fəaliyyətində ölkəni idarə etmək, qərarlar vermək iqtidarında olmaları  ilə bağlı fikirlərini bildirmişlər.  

Sonda Forumun sədri və iştirakçıları İkinci Avrasiya Qadınlar Forumunun 2018-ci ildə Sankt-Peterburq şəhərində keçirilməsini qərara almışlar.