AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti” kitabı çapdan çıxıb.
Kitabda Azərbaycan alimlərinin Yaxın Şərq və Mərkəzi Asiyanın müxtəlif mədəniyyət mərkəzlərində elmi fəaliyyəti və qarşılıqlı elmi əlaqələri, təhsil müəssisələri və tədris üsullarından bəhs olunur. Həmçinin ilkin təhsil ocaqları, azərbaycanlı alimlərin müdərris kimi fəaliyyət göstərdikləri müxtəlif tədris mərkəzləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərmiş mədrəsələr və xanəgahlar haqqında məlumat verilir.
Kitabda Xilafətin 30-dan artıq mədrəsəsi və orada tədrislə məşğul olmuş azərbaycanlı müdərrisin fəaliyyətindən bəhs edilir. Əsərdə azərbaycanlı alimlərə dərs demiş görkəmli təhsil xadimləri ilə bağlı materiallar da öz əksini tapıb.
Nəşrin elmi redaktoru Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.