Milli Azərbaycan Tarixi Muzeyinin də qatıldığı, "Ümumdünya Turizm Günü" və "İrs Günləri" layihələrinin qeyd edilməsi çərçivəsində “açıq qapı” günləri uğurla başa çatdı.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Qurban bayramı ərəfəsində Açıq qapı günlərinin elan edilməsi ilə ölkə vətəndaşları və turistlərin bayram günlərində ölkənin muzey və qoruqları ilə yaxından tanış olması üçün şərait yaradılmışdır.
25- 27 sentyabr 2015-ci il tarixilərində ölkənin ən mühüm muzey və qoruqları ödənişsiz xidmət göstərmişdir. Buraya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Qobustan" Milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu (Ümumdünya İrs Obyekti), "Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu, "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğu, Qəbələ Dövlət tarix-bədii qoruğu və Kiş tarix-memarlıq qoruğu daxil edilmişdir.
Layihənin həyata keçirildiyi günlərdə yuxarıda adları çəkilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.