Son zamanlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edən əcnəbi qonaqların sayı artmaqdadır.
Bu günki ziyarətçilər isə ABŞ və İngiltərədən gəlmişlər. Muzeyin bələdçisi onları Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən ekspozisiya, eləcə də görkəmli mesenat və neft sənayeçisi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış etdi. Qonaqların tariximizin müxtəlif məqamlarını əhatə edən sualları qənaətverici izahlarla cavablandırıldı. Özü də bir muzey olan Tağıyev sarayının möhtəşəmliyi, şərq və qərb sintezini təşkil edən zallarının memarlıq ornamentləri əcnəbi qonaqları valeh etdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.