Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar, AR Konstitusiya Məhkəməsi tərəfindən keçiriliən Beynəlxalq Konfransın iştirakçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olmuşlar.
Konfransın işində bir çox ölkələrin nümayəndələri, o cümlədən Rusiya, Türkiyə, Belarus, Gürcüstanın tanınmış hüquqşünasları iştirak edir.
Ekskursiya zamanı qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar ekskursiyaçılar Ülviyyə Niftəliyeva və Aslan Qasımov tərəfindən cavablandırılmışdır. Qonaqlar muzeydən xoş təəsüratla ayrılaraq Xatirə kitabında ürək sözlərini qeyd etmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.