Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinə Şəmkir rayon ərazisinin İlyastəpə abidəsindən tapılan Küp qəbir materialları təhvil verilmişdir.
Avqust ayında görkəmli arxeoloq-alim İlyas Babayevin rəhbərliyi ilə burada aparılan arxeoloji qazıntılar zamanı müxtəlif bəzək əşyaları əldə edilmişdir. Tarixçi alimlərin dediyinə görə, bu qədim əşyalar e.ə. V-IV əsrlərə aiddir. İlk antik dövrü əhatə edən bu arxeoloji materiallar – qızıl və gümüş üzük, qızıl sırğa, xalsedon daşa bərkidilmiş qızıldan bəzək zinət əşyası, ağ pastadan muncuqlar, tunc sancaq, tunc bilərziyin bir hissəsi, göz muncuqları, misdən üzük qalıqları, gil möhür və s.-dən ibarətdir.
Qərbi Azərbaycandan aşkar olunan bu kimi arxeoloji abidələr Əhəməni dövrü mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Muzeyin arxeoloqları da həmin tapıntıların regional xüsusiyyətlərini aydınlaşdırmaq və geniş nəticələr çıxarmaq üçün tədqiqat işlərinə başlamışlar.
Qeyd edək ki, qazıntı zamanı tapılmış materiallar bərpaya ehtiyacı olduğundan Muzeyin bərpa laboratoriyasına təhvil verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.