Arxeologiya elmi fond şöbəsində cari ilin elmi fəaliyyət planına uyğun olaraq nəşri 2018 və 2020-ci illərdə nəzərdə tutulmuş yubiley kitab-albomları üçün sənədli mənbələr toplamaq işinə başlanılmışdır.
Bu məqsədlə şöbənin müdiri, t.ü.f.d. Nasir Quluzadə Muzeyin Arxivində saxlanılan sənədlərlə tanış olmuş, onların foto surətlərini çıxarmışdır. Bu işdə ona şöbənin kiçik elmi işçisi Emin Məmmədov yaxından köməklik göstərmişdir. Ümumilikdə müxtəlif məzmunlu sənədlərin saxlandığı 42 ədəd qovluq nəzərdən keçirilmişdir. Təyin olunmuş mövzulara uyğun olaraq yalnız 17 ədəd qovluq sənədinin foto surətləri çıxarılmışdır. Nəzərdən keçirilmiş sənədlər əsasən Azərbaycan və rus dillərində tərtib olunmuş, çap və əlyazmalardan ibarətdir. Həmin sənədlər qazıntı hesabatlarından və onların xülasələrindən, arxeoloji və təsadüfi tapıntıların siyahılarından, məqalə və məruzə əlyazmalarından, iclas protokollarından, mütəxəssis rəylərindən, arayışlardan, ekspozisiyanın tematik planlarından, ezamiyyə hesabatlarından və qeydiyyat vərəqələrindən ibarətdir. Toplanılmış materiallar Muzeyin müxtəlif illərdəki elmi fəaliyyət istiqamətləri haqda dolğun təəssürat yaradır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.