XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik yubileyi və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək

21 oktyabr 2015-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin 95 illik yubileyinə həsr olunan sərginin açılışı və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək.


Vitual muzey Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərivəsində təşkil olunmuşdur.

Sərgidə Muzeyin tarixi, 95 il ərzində keçdiyi şərəfli yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumat verilir, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş olunur. Mərasimdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərbibatçısı olduğu “Milli Azərbaycan tarixi Muzeyi – 95” kitab-albomu da təqdim ediləcəkdir.

Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyətini daşıyan “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin məqsədi tarixin kütləviləşdirilməsi, müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini özündə əks etdirən eksponatları bir yerdə toplamaq, Qarabağın mədəniyyətini, tarixini gənc nəslin arasında təbliğ etməkdən ibarətdir. Burada Qarabağa dair Azərbaycanın və dünyanın müxtəlif 32 muzey və şəxsi kolleksiyasından 900-ə yaxın eksponat toplanmışdır.

Təqdimat mərasiminə dövlət və hökümət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri dəvət olunmuşlar.

 

Tədbir saat 12.00-da Muzeyin Sərgi və Şərq zallarlında keçiriləcək.