Milli Azərbaycan Tarixi Muzeyinə arxeoloji qazıntılar zamanı əldə olunan qızıldan antik bəzək əşyaları daxil olmuşdur. Bunlar 11 ədəd qızıl muncuq və spiral şəkilli bəzək əşyasından ibarətdir.
Arxeoloq Fərhad Quliyevin məlumatına görə, bu əşyalar 2008-2015-ci illərdə aparılan qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən tapılmışdır. Kurqan qəbirdən əldə olunan bu arxeoloji materialların e.ə. VI minillikdən başlayaraq IV minilliyə qədər dövrləşməsi müəyyən edilmişdir.
Onu da qeyd edək ki, bu qədim zinət əşyaları qadın skeletin üzərindən aşkar olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.