XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Oktyabr, 2015
Muzey əməkdaşının Azərbaycanda qədim od-atəşlə bağlı ənənələri haqqında məqaləsi dərc olunub

img“İrs” beynəlxalq jurnalının ingilis dili buraxılışının növbəti nömrəsində (“İrs-Heritage”,№ 3 (22), 2015) Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyovanın “Azərbaycanda qədim atəşpərəstlik ənənələri” adlı məqaləsi dərc olunmuşdur.


Məqalədə üç min il əvvəl dünyanın ən qədim etiqadlarından biri olan zərdüştilik dininin  tarixindən, Azərbaycanda od məbədi olan “Atəşgah”ın tarixindən, Atəşpərəstliklə bağlı olan Novruz bayramı tarixindən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs olunur.