“İrs” beynəlxalq jurnalının ingilis dili buraxılışının növbəti nömrəsində (“İrs-Heritage”, № 3 (22), 2015) AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Azərbaycanın ən qədim muzeyinin 95 ili tamam olur” adlı məqaləsi dərc olunmuşdur.
Məqalədə muzeyin yaradılması tarixi, 95 il ərzində keşdyi tarixi yol haqqında məlumat verilir. Burada həmçinin muzeyin binası - məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olmuş sarayın tarixi barəsində danışılır. Məqalədə eləcə də muzeyin müasir strukturu, müxtəlif fondlarının formalaşması və zənginləşməsi, fondlarda qorunan maddi mədəniyyət sərvətləri haqqında, muzeyin keçirdiyi sərgilər və tədbirlər barəsində müfəssəl məlumat verilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.