XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Oktyabr, 2015
Azərbaycan Respublikası Prezidentinin Muzeyə yeni hədiyyəsi

imgAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən AMEA Milli Azərbaycan Tarixi Muzeyinə İlk Avropa oyunlarının xatirə medalı hədiyyə edilmişdir.


925 karatdan ibarət gümüş əsaslı qızıl suyuna salınmış medal VIP qonaqlar üçün nəzərdə tutulmuşdur. 2015-ci il Bakıda keçirilən ilk Avropa oyunları loqosunun xatirə medalı Muzeyin Xüsusi fonduna təhvil verilmişdir. Bu xatirə medalı Muzeyə gələn ziyarətçilərin Bakıda keçirilən ilk Avropa oyunlarına olan marağını artıracaqdır.

img