XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Oktyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyinin tarixinə dair unikal materiallar əldə edilmişdir

imgMilli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədov tərəfindən muzeyin XX əsrin 40-cı illərində fəaliyyətini əks etdirən unikal fotomateriallar aşkarlanmışdır.


Belə ki, muzey əməkdaşının Rusiya Federasiyasının Moskva və Gürcüstan Respublikasının Tiflis şəhərlərində elmi ezamiyyət dövründə o, elmi arxivlərdə çalışmışdır. Araşdırma zamanı aşkar edilən fotomateriallarda muzeyin XX əsrin 40-cı illərində mövcud olmuş ekspozisiyası, muzeydə çalışan elmi işçilər, muzeyə gələn ziyarətçilər əks edilmişdir. Materialların surətləri əldə olunaraq Milli Azərbaycan Tarixi Muzeyinə gətirilmişdir. Qeyd etmək lazımdır ki, bu il 95 illiyini qeyd edən muzey ilk dəfədir ki, MDB arxivlərində muzey tarixinə aid materialları əldə etmişdir.

img img img