Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Emin Məmmədov bu yaxınlarda Moskva şəhərində keçirilən MDB alimlərinin Forumunda iştirak etmişdir.
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, beynəlxalq humanitar təşkilatlar (Россотрудничество) və MDB işləri üzrə Federal Agentliyinin birgə təşkilatçilığı ilə hazırlanmış Forumun əsas məqsədləri informasiya mübadiləsi səviyyəsinin artırılması, beynəlxalq səviyyədə fənlərarası elmi əlaqələrin qurulması, alimlərin elmi-tədqiqat nailiyyətlərinin təşviqinə yönəlmiş informasiya-təbliğat tədbirlərinin həyata keçirilməsidir.
Tədbirin təşkilində həmçinin MDB-nin İcraiyyə Komitəsi, Rusiya Xarici İşlər Nazirliyi, Elmi Təşkilatlar üzrə Federal Agentliyi, Rusiya Elmlər Akademiyası, “Skolkovo” Açıq tipli Universiteti, də yaxından iştirak etmişlər.
E.Məmmədov "Tarix elmləri sahəsində Azərbaycan və MDB ölkələri alimlərinin müştərək tədqiqatlarına dəstək üsulları və formaları" mövzusunda məruzə ilə çıxış etmişdir.
Geniş ictimai rezonans doğurmuş və 300 nəfərdən artıq iştirakçısı olan Foruma Rusiya Elmlər Akademiyasının gənc alimlərinin şurası, Rusiya Xalqlar Dostluğu Universiteti, bi sıra elmi Təşkilat və fondları da qatılmışlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.