Noyabrın 6-da Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan bayraqları” (Bakı, 2015-ci il) adlı kitabın təqdimatı keçiriləcək. Kitabın müəllifi muzeyin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlovdur.
Kitabda XVIII – XIX əsrin əvvəllərində mövcud olmuş Naxçıvan xanlığının yeni aşkar olunmuş dövlət və döyüş bayraqları haqqında məlumat verilir. Belə ki, müəllifin Rusiya Federasiyasının müxtəlif muzeylərdə apardığı araşdırmalar nəticəsində aşkar olunmuş bayraqlar Azərbaycan dövlətçilik tarixini yeni faktlarla zənginləşdirmişdir. Kitabda Dövlət Ermitajında (Sankt- Peterburq şəhəri) müəyyən olunmuş bayraqların tarixi barəsində danışılır, ilk dəfə olaraq təsvirləri, fotoları verilir. Müəllif bayraqlar üzərində olan rəmzlər, onların mənaları haqqında ətraflı məlumat verir.
Kitabda həmçinin Milli Azərbaycan Tarixi Muzeyində dövlətçilik rəmzlərinin araşdırılması tarixi, muzeyin kolleksiyasında olan 12 xanlıq bayrağı, eləcə Naxçıvanda formalaşdırılmış və Rusiya imperiyasının ordusunun tərkibində olmuş hərbi hissələrin döyüş bayraqlarının təsviri verilir.
Kitab dövlətçilik tarixi, heraldika və veksillologiya, Azərbaycan tarixi ilə məşqul olan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında noyabrın 6-da, saat 12-də başlanacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.