AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəvəti ilə respublikamızda işgüzar səfərdə olan UNESCO-nın manuskriptlərin bərpası üzrə mütəxəssisi və məsləhətçisi Stavros Andreou Muzeyin Bərpa laboratoriyasınınəməkdaşları ilə təcrübə mübadiləsi keçirmişdir.
Belə ki, il ərzində laboratoriyanın müdiri Təhsib Zəvərlinin S.Andreoula apadığı danışıqlar nəticəsində Muzeyin fondlarında qorunan nadiri tarixi sənədlər və əlyazmaların bərpa və konservasiyasında bu sahədə böyük təcrübəyə malik olan YUNESCO mütəxəssisi Azərbaycanda dəvət olunmuşdur. Muzey rənhbərliyi ilə görüş zamanı son zaman respublikada tarixi- mədəni abidələrin qorunması, yeni muzeylərin aşılması barəsində məlumat verilmiş, Muzeydə aparılan işlər nümayiş olunmuşdur. Muzeyin nəşrləri hədiyyə kimi qəbul edən S.Andreon öz növbəsində onun YUNESCO xətti ilə Qüdsdəki İslam Muzeyində saxlanılan nadir əlyazmaların bərpa prosesini əks etdirən dijital surətləri və müvafiq elmi kitabları Muzeyə hədiyyə etmişdir.
Daha sonra Muzeydə qorunan sənədlərin vəziyyəti ilə tanış olan mütəxəssis laboratoriyanın əməkdaşlarına sənədli mənbələrin saxlanılmasına və konservasiyasına dair faydalı məsləhətlərini vermişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.