XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2015
Muzeydə qorunan XVII-XX əsrlərə aid əlyazmalar haqqında

imgMilli Azərbaycan Tarixi Muzeyinin fondları nadir esponatlarla zənginləşir. Bu materiallar sırasında XVII - XX əsrlərin əvvəllərinə aid 15 ədəd nadir əlyazma kitablar xüsusi yet tutur.


XVIII əsrdə Azərbaycanda ərəb dilində yazılmış Qurani-Kərim, XIX əsrin sonlarına aid Nizami Gəncəvinin miniatür cildli “Xəmsə”si, XX əsrin əvvəllərində Məhəmməd Füzulinin əski türk dilində çap olunmuş “Divan”ı, Nəsrəddin Tusinin ərəb dilində nəsx xətlə yazılmış “Bəyani mərifəti iman və islam” adlı kitablar Azərbaycanda mədəniyyətin, o cümlədən xəttatlığın yüksək səviyyəsini əyani olaraq nümayiş etdirir.

Onu da qeyd edək ki, zamanın təsirindən korlanmış, üz qabığı və vərəqləri pis vəziyyətə düşmüş bu kitabların elmi bərpası üzrə işlər Muzeyin Bərpa laboratoriyasında UNESCO-nun tarixi əlyazmaların bərpası üzrə məsləhətçisi Stavros Andreounun rəhbərliyi altında aparılması barəsində razılıq əldə olunmuşdur.

img img img img