XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Noyabr, 2015
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor muavini Nərgiz Əliyeva Uluslararası Türk-İslam Tarixində Yüksekögretim Simpoziumunda iştirak etmişdir

imgTürk-İslam tarixində ali təhsil mövzusunu beynəlxalq bir simpozium ilə dərindən öyrənilməsi məqsədilə Türkiyənin Bolu şəhərindəki Abant İzzet Baysal Universitetində  “Uluslararası Türk-İslam tarihinde yükseköğrenim (ali təhsil) sempozyumu” təşkil olunmuşdur.


İlk mədrəsələrin ortaya çıxışı, Səlcuqlu Mədrəsəsi, Mədrəsələrdə tədris olunan dərslər, Müdərrislər, Tələbələr və Müfrədat, Osmanlı mədrəsələri, Mədrəsə növləri və quruluşlanması, Mədrəsələrdə təhsil sistemi və s. simpoziumun əsas mövzuları idi.

Azərbaycandan  tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor muavini, tarix elmləri doktoru Nərgiz Əliyeva. Iştirak etmişdir. O, “Azərbaycanlı müdərrislərin yetişməsində Bağdad müdərrislərinin rolu” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzə böyük maraqla qarşılanmış, N.Əliyevaya təşəkkür diplomu təqdim edilmişdir.

Nərgiz Əliyeva bu yaxınlarda işıq üzü görmüş “İbn Makula Azərbaycanlı ziyalılar haqqında”, “Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyətləri”, “Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu”əsərlərini Abant İzzət Baysal Universitetinə hədiyyə etdi.

img