Noyabrın 17-də AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik fondunun birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Uşaq Flarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəklərinin üzvlərinin “Çiçəklər” adlı rəsm sərgisinin açılışı oldu.
Sərgidə Azərbaycan Dövlət Uşaq Flarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəklərinin rəhbəri - rəssam Gilan Əzizxanlının başçılığı ilə 16 gənc rəssamın 67 əsəri nümayiş olundu.
Sərgini giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı açdı. Nailə xanım bu sərginin uşadlar, eləcə də böyüklər üçün çox dəyərli olduğunu vurğuladı. Ən az yaşı olan gənc rəssamın belə əsərindəki rəng ifadəsini, kölgə effektini, gələcəkdə bu əsərlərin onlarda necə nastalji hisslər oyadacağını da əhatəli olaraq qonaqlara çatdırdı. İştirakçıları təbrik etdi və bir Milli Azərbaycan Tarixi Muzeyinin direktoru kimi belə tədbirlərin kecirilməsində muzeyin “Elmi maarif”, “Xarici əlaqələr və sərgilərin təşkili” şöbələrinin və bütövlükdə muzeyin təşkilatçılığını da xüsusi olaraq vurğuladı. Nailə xanım qeyd etdi ki, muzeydə mütamadi olaraq ali və orta ixtisas məktəbləri, yaradıcılıq evləri və digər dövlət müəsisələri ilə birlikdə maarifləndirici görüşlər, tədbirlər, mühazirələr, dərslər də aparılır.
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik fondunun içraçı direktoru Oktay Səmədov öz çıxışında belə sərgilərin gələcəkdə gənclərin həyatlarına necə təsir göstərməsindən, sərginin Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə keçirilməsinin Azərbaycan tarixinə, Vətənə, onun torpağına, qan yaddaşına olan hörmətdən irəli gəldiyini vurğuladı.
Daha sonra Azərbaycan Dövlət Uşaq Flarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva, “Dədə Qorqud Fondu”nun prezidenti Eldar İsmayılov, rəssam Vaqif Ucatay, sənətşunaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, rəssam İlqar Əkbərov və valideynlər də çıxış edərək gənc rəssamlara uğurlar dilədilər. Sərginin kuratoru Gilan Əzizxanlı sərginin təşkilində zəhməti olmuş bütün əməkdaşlara öz dərin təşəkkürünü bildirdi.
Tədbirin sonunda gənc rəssamlar müxtəlif hədiyyələrlə təltif olundular.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.