Bakıda səfərdə olan Türkiyə Quru qoşunlarının komandanı, ordu generalı Azərbaycan Respublikasının Müdafiə Nazriliyinin və Türkiyə səfirliyinin bir qrup əməkdaşı ilə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər.
Ekskursiyaçı Sahibə Ələkbərova qonaqları tariximizin müxtəlif dövrlərini əks etdirən ekspozisiya zalları ilə tanış etdi və onları maraqlandıran sualları ətraflı cavablandırdı. Türkiyə generalı Salih Zəki Çolak Azərbaycan tarixinin keçmişinin, mədəniyyətinin əyani sübutu olan eksponatlar haqqında məlumatlar aldı və xüsusilə xeyriyyəçi, mesenat H.Z.Tağıyevin keçmiş mülkündə yerləşən tarixi, memarlıq incisi olan Muzeyin binası onun böyük marağına səbəb oldu. O Muzeydən xoş təəssuratlarla ayrıldı.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.