Muzeyin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlovun “Naxçıvan xanlığının yeni aşkar olunmuş iki dövlət bayrağı, Dərbənd və Şamaxı qalalarının açarları” adlı məqaləsi “Tarix və onun problemləri” jurnalının növbəti nömrəsində çap olunub (“Tarix və onun problemləri”, 2015, № 3, ss.32-44).
Məqalədə müəllifin bu yaxınlarda Rusiya Federasiyasının iki aparıcı muzeylərində - Dövlət Ermitajı və Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyi (hər ikisi - Sankt- Peterburq) aşkar etdiyi Naxçıvan xanlığının iki dövlət bayrağı, eləcə də Dərbənd və Şamaxı qalalarının açarları haqqında məlumat verilir. Burada Azərbaycan dövlətçiliyinin vacib tarixi artefaktları olan eksponatlar ətraflı təsvir olunur, onların yaradılma tarixi araşdırılır, Rusiyaya aparılmasının hərbi-tarixi şəraiti göstərilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.