XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Noyabr, 2015
“Xəzər Universiteti”ndə Muzeyin əməkdaşı S.Əhmədovla görüş keçirildi

img“Xəzər Universiteti”ndə Milli Azərbaycan Tarixi Muizeyinin Xarici əlaqələr və sərgilərin təşkili söbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovla görüş keçirildi.


Universitetin Tarix və arxeologiya departamentinin müdiri, t.ü.f.d. Roza Arazovanın təşəbbüsü ilə keçirilən görüşün mövzusu “Heraldika” idi. Görüşdə Universitetin Təhsil fakültəsinin tarix ixtisasının birinci kurs tələbələri, eləcə də  departamentin müdiri Roza Arazova  və departamentin müəllimi Orxan Zamanov iştirak etmişlər.
Görüşdə S.Əhmədov heraldikanın nəzəri əsasları və Azərbaycan heraldikası haqqında məruzə oxumuş, həmçinin müvafiq slayd-film nümayiş etdirmişdir. 

img img img img