XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Noyabr, 2015
Akademik Nailə Vəlixanlının kitabı Almaniyada nəşr olunacaq

imgDünyanın aparıcı nəşriyyat evlərindən olan Palmarium Academic Publishing akademik Nailə Vəlixanlının “Ибн Хордадбех. Книга путей и стран” (“İbn Xordadbeh. Yollar və məmləkətlər kitabı”) əsərini təkrar nəşr etdirmək haqqında təkliflə müraciət edib.


Milli Azərbaycan Tarixi Muzeyinə ünvanlanmış məktubda bildirilir ki, nəşriyyat evi N.Vəlixanlının kitabının elmi əhəmiyyətini nəzərə alaraq onun yenidən çap olunmasında maraqlıdır. Həmin kitab ilk dəfə 1986-cı ildə Bakıda rus dilində çapdan çıxmış və keçmiş SSRİ məkanında elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir. Kitab ərəb coğrafiya elminin ilk nümayəndəsi İbn Xordadbehin (IX əsr) əsərinin tərcüməsi və şərhləri əsasında hazırlanmışdır. Burada Xilafət dövrü Cənubi Qafqaz, Orta Asiya ölkələrinin tarixinə, tarixi coğrafiyasına dair qiymətli məlumatlar verilir.

Palmarium Academic Publishing nəşriyyat evi akademik səviyyəli tədqiqat əsərlərini nəşr etdirir. Təşkilat Amerika Kitab Satış Assosiasiyasının, Böyük Britaniya və İrlandiya Kitab Satış Assosiasiyasının assosiativ üzvüdür. Nəşriyyat evinin çap etdirdiyi kitablar məşhur şəbəklər, o cümlədən www.amazon.dewww.amazon.co.ukwww.amazon.com,www.bookbutler.dewww.ljubljuknigi.ru vasitəsilə bütün dünyada yayımlanır.

Kitabın 2016-cı ilin ilk yarımilində nəşri nəzərdə tutulub.