XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Noyabr, 2015
Muzeyin əməkdaşı N.Quluzadə Fransada tədqiqat aparır

imgAzərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə Fransada elmi ezamiyyətdədir.


Səfərin məqsədi Fransanın Sen-Jermen Milli Arxeologiya Muzeyində qorunan son tunc, erkən dəmir dövrünə aid arxeoloji materiallarla tanışlıqdır. Azərbaycan alimi Fransa və digər Avropa mütəxəssisləri ilə birlikdə həmin arxeoloji materiallarla Cənubi Qafqaz ölkələrinin muzeylərində, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyində qorunan son tunc, erkən dəmir dövrünə aid arxeoloji materialların oxşar və fərqli xüsusiyyətlərini öyrənəcəklər.