XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Noyabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyində “Faberje: məlum və naməlum” mövzusunda mühazirə oxunacaq

imgMilli Azərbaycan Tarixi Muzeyində “Kristi” auksion evinin elmi məsləhətşisi, Faberje Memorial Fondunun elmi katibi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi bədii sərvətlərin qiymətləndirilməsi üzrə eksperti, sənətşünaslıq namizədi Valentin Skurlov tərəfindən “Faberje: məlum və naməlum” mövzusunda mühazirə oxunacaq.


Mühazirə Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında 2015-ci il dekabrın 1-də saat 15.00-da başlayacaq. Mühazirəyə giriş sərbəstdir, bütün maraqlananlar dəvət olunurlar.