Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilib.
Dissertasiya Şurasının iclasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün muzeyin əməkdaşı Fuad Ağabala oğlu Ağayev "Çar Rusiyasının Şimali Azərbaycanda dini siyasəti (XIX əsr - XX əsrin əvvəllərində)" mövzusunda dissertasiya işini müdafiə edib. Dissertasiya işi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Azərbaycan tarixinin elmi ekspozisiyası" şöbəsində yerinə yetirilib. Elmi rəhbər tarix elmləri doktoru, professor Elmira Muradəliyeva, rəsmi opponentlər tarix elmləri doktoru, professor Allahşükür Paşazadə, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Hüseynli, aparıcı müəssisə isə ADPU-nun "Azərbaycan tarixi" kafedrası idi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.