XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2015
Rusiyalı alim Milli Azərbaycan Tarixi Muzeyində mühazirə oxuyub

imgDekabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Kristi” auksion evinin elmi məsləhətçisi, Faberje Memorial Fondunun elmi katibi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin bədii sərvətlərin qiymətləndirilməsi üzrə eksperti, sənətşünaslıq namizədi Valentin Skurlov muzeyin əməkdaşları üçün mühazirə oxuyub.


“Faberje: məlum və naməlum” mövzusunda mühazirədə incəsənət, onun sirləri barədə məlumat verilib, müasirliklə qədimlik müqayisəli təhlil olunub.

Sonra iştirakçıların sualları cavablandırılıb.

img img img