Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-Fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova Tbilisi şəhərində keçirilən “6-cı Regional Cənubi Qafqaz ölkələrinin muzeyləri üçün treninq-seminarda” (workşopda) iştirak etdi.
Treninq-seminar muzeylərdə marketing, kommersiya xarakterli tədbirlərin və fandreyzinqın əsasları haqqında biliklərlə paylaşmaq məqsədilə keçirilmişdir.
Gürcüstan Milli Muzeyində keçirilən treninq-seminarda Gürcüstanın Mədəniyyət naziri L.Xaratişvili, Milli Muzeyin direktoru prof. D.Lordkipanidze, Britaniyanın Liverpul Milli Muzeylərinin direktoru prof. Devid Fleminq
“Muzeylər nə üçündür və insanlar onun haqqında nə düşünür?”, “Liverpul muzeylərində tematik tədqiqatlar”, “Fandreyzingin prinsipləri – uğura doqru yeddi addım”, “Kommersiya fəaliyyəti və marketinq”, “Nəticələr və gələcəyə doğru” mövzularında mühazirələr dinlənildi.
Üç gün keçən tədbirin iştirakçılarına müvafiq sertifikatlar təqdim olundu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.