XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2015
“Tarix fənninin başqa fənlərə inteqrasiyası (Milli Azərbaycan Tarixi Muzeyinin ekponatları əsasında)” layihəsinə start verildi

imgAMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondu və Bakı Baş Təhsil İdarəsinin birgə həyata keçirəcəyi “Tarix fənninin başqa fənlərə inteqrasiyası( Milli Azərbaycan Tarixi Muzeyinin ekponatları əsasında)”  layihəsinə start verildi.


Tədbirdə Bakı şəhərinin 20 məktəbindən müxtəlif fənn müəllimləri ilə ilkin görüş keçirildi. Görüşü təşkil edən və aparan, layihənin rəhbəri, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi maarif şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova layihənin başlıca məqsədi, davamlılığı, layihədən əldə olunacaq nəticələr, bu layihədə müəllim və şagirdlərin necə iştirak edə biləcəkləri haqqında ətraflı məlumat verdi. Layihənin müddəaları ilə bağlı disskusiya aparıldı. Layihəni dəstəkləyən müəllimlər təhsil prosesinə gətirəcəyi lazımlı nəticələri də vurğuladılar.

Əyani nümunə olaraq N.Yusifova Muzeydə Nərimanov rayon 200 saylı orta məktəbinin ədəbiyyat müəllimi Vəfa Əliyevanı təşkilatçılığı ilə VI sinif şagirdləri ilə fənlərarası əlaqə baxımından dərs apardı. Dərs şagird və valideynlər tərəfindən maraqla qarşılandı.

Dekabrın 5-də Milli Azərbaycan Tarixi Muzeyində layihə çərçivəsində planlaşdırılan növbəti görüşdə layihə ilə bağlı təklif və rəylər müzakirə olunacaq.