Azərbaycan Respublikasında işgüzar səfərdə olan Gürcüstan Respublikası Müdafiə nazirliyinin nümayəndə heyəti və onları müşayyət edən şəxslər Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.
Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olan qonaqlara Azərbaycan tarixinin maddi mədəniyyətini, uzaq keçmişini əks etdirən eksponatlar haqqında məlumat verilmiş, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Qonaqlar Azərbaycanın maddi mənəvi sərvətlərinin qorunduğu Milli Azərbaycan Tarixi Muzeyindən xoş təəssüratlarla ayrıldılar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.