Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğlu və onu müşaiyət edən şəxslər Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.
Qonaqları AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova və Muzeyin direktor müavini Nərgiz Əliyeva qarşıladılar. Qonaqlar Azərbaycan tarixinin ən qədim dövrdən bu gününü əks etdirən ekspozisiya zalları ilə tanış edildi. Qonaqlar Muzeyin daimi ekspozisiyası, eləcə də H.Z.Tağıyevin ev muzeyini gəzib Azərbaycan tarixi haqqında ətraflı məlumat aldılar. Səfərindən xatirə olaraq Sare Davudoğlunun Muzeyə hədiyyə etdiyi mücrü muzeyin Xatirə əşyaları və hədiyyələr fondunda qorunacaq.
Sonda qonaqlar Muzeyin xatirə kitabına öz ürək sözlərini yazdılar. Xoş təəssüratlarla ayrılan qonaqlara muzeyin kataloqları, bukletləri hədiyyə olundu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.